Sumqayıtda qadınla 2 körpəsini taksidən zorla düşürdü - Həbs edilən sürücü...

Sumqayıtda qadınla 2 körpəsini taksidən zorla düşürdü - Həbs edilən sürücü...

Hazırda oxunan: Sumqayıtda qadınla 2 körpəsini taksidən zorla düşürdü - Həbs edilən sürücü...

79000

Bu günlərdə Sumqayıtda müştəriyə qarşı xuliqanlıq hərəkətləri etməkdə təqsirli bilinən taksi sürücüsü həbs edilib.

Bizim.Media xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Liman” klinikasının qarşısında baş verib.

Belə ki, taksi şirkətlərdən birinin sisteminə qoşulmuş 1988-ci il təvəllüdlü Taleh Məmmədov sifariş əsasında “Renault” markalı avtomobili ilə klinikanın qarşısındakı 35 saylı binanın yaxınlığına gələrək gözləyib.
Bir qədər keçdikdən sonra xanım müştəri 2 körpəsi və çantaları ilə ona yaxınlaşıb. Sürücü qadına onu 16 dəqiqədir gözlədiyini bildirərək irad tutub və buna görə əlavə ödəniş tələb edib. Müştəri isə bundan imtina edib.

Taksi sürücüsü sükan arxasından düşərək arxa oturacağa əyləşmiş qadını və körpələrini zorla aşağı düşürüb və sürərək uzaqlaşıb.

Hadisə barədə qadının polisə müraciət etməsindən sonra axtarış tədbirləri həyata keçirilib və bir neçə gün sonra Taleh saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmədə zərərçəkən qadın bildirib ki, 2 uşağını özü ilə gətirdiyinə və yükü çox olduğuna görə taksiyə 2-3 dəqiqə gec yaxınlaşıb. Bu zaman sürücü onu təhqir edərək maşından düşürüb. O, həmçinin taksi sürücüsünün onları maşından endirdikdən sonra içində 10 kiloqram ət, xalça və paltarlar olan çantasını da özü ilə apardığını bildirib.
Taleh Məmmədov isə qadının dediklərini inkar edib və həmin vaxt avtomobilində heç bir əşyanın qalmadığını deyib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə taksi sürücüsü 34 yaşlı Taleh Məmmədova 10 sutka həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO