Ötən sutka 67 yanğın olub, 7 nəfər xilas edilib 

Ötən sutka 67 yanğın olub, 7 nəfər xilas edilib 

Hazırda oxunan: Ötən sutka 67 yanğın olub, 7 nəfər xilas edilib 

78981

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 67 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 avtənəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 12 nəfər, o cümlədən çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər və “Hyundai” markalı minik avtomobili və “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO