Ağdaşdakı toyda düşən davanın TƏFƏRRÜATI – Saxlanılan var 

Ağdaşdakı toyda düşən davanın TƏFƏRRÜATI – Saxlanılan var 

Hazırda oxunan: Ağdaşdakı toyda düşən davanın TƏFƏRRÜATI – Saxlanılan var 

78946

Ağdaşda toyda baş verən qanlı hadisənin bəzi təfərrüatları məlum olub. 

Bizim.Media-nın məlumatına görə, hadisə bıçaqlanan Ağdaş rayon Malay kənd sakini Alim Alcanovun həmkəndlisinin toy mərasimində baş verib.

Şəxsi münasibətlər zəminində toy məclisində iki rayon sakini arasında baş verən münaqişə ətrafdakıların köməyi ilə sakirləşdirilməyə çalışılıb. Amma münaqişə bayırda davam edib və rayon sakini Səbuhi Abdullayev Alim Alıcanova iki bıçaq zərbəsi vuraraq ağır xəsarət yetirib.  

Hadisəni törətməkdə şübhəli bilinən Səbuhi Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır. 

08.58 ***

Ağdaş rayonunda keçirilən toy məclislərindən birində qanla bitən münaqişə düşüb.

Bizim.Media-nın məlumatına görə, mübahisə və münaqişə zəminində 1993-cü il təvəllüdlü rayon sakini Alim Alcanov bıçaqlanaraq ağır xəsarət alıb.

İki bıçaq zərbəsi alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO