Şəmkirdə sərxoş kişini qatar vurdu

Şəmkirdə sərxoş kişini qatar vurdu

Hazırda oxunan: Şəmkirdə sərxoş kişini qatar vurdu

78931

Şəmkirdə 51 yaşlı kişini qatar vurub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Dəllər stansiyasının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən  51 yaşlı Elvar Əliyevi vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Məlumata görə, 51 yaşlı kişi hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO