İki hərbi qulluqçumuz xəstəlikdən vəfat etdi

İki hərbi qulluqçumuz xəstəlikdən vəfat etdi

Hazırda oxunan: İki hərbi qulluqçumuz xəstəlikdən vəfat etdi

78901

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, hərbi qulluqçular - tibb xidməti polkovnik-leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.

Qeyd edilib ki, polkovnik- leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular.

Həkimlərin səyinə baxmayaraq hərbi qulluqçularımızın həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi  dünyasını dəyişən hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO