Goranboyda güclü sel - İstirahət mərkəzləri su altında qaldı - VİDEO

Goranboyda güclü sel - İstirahət mərkəzləri su altında qaldı - VİDEO

Hazırda oxunan: Goranboyda güclü sel - İstirahət mərkəzləri su altında qaldı - VİDEO

78812

Qeyri-sabit hava şəraiti nəticəsində güclü yağış selə çevrilərək Goranboy rayonunda bir sıra fəsadlar törədib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Aşağı Ağcakənd qəsəbəsində bir neçə istirahət mərkəzi sel sularının altında qalıb. Həmçinin, ərazidə olan bəzi avtomobillər də ziyan görüb.

Qəfil güclənən yağış Qaraçayda sululuğu artırıb. Nəticədə çayın ətrafında fəaliyyət göstərən bir neçə obyekt palçıq-lil qatının altnda qalıb. 
Rayonun dağ kəndlərinə gedən yollarda da müəyyən çətinliklər yaranıb. 

Adiyyatı qurumlar əraziyə texniklar cəlb edərək yaranmış çətinliyi aradan qaldımağa çalışırlar. 

Ehtiram Muradov, Bizim.Media - Mərkəzi Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO