Dünyaya gələn körpəyə şəhid olan atasının adı verildi - FOTO

Dünyaya gələn körpəyə şəhid olan atasının adı verildi - FOTO

Hazırda oxunan: Dünyaya gələn körpəyə şəhid olan atasının adı verildi - FOTO

7881

Vətən müharibəsi şəhidi Ruslan Qurbanovun oğlan övladı dünyaya gəlib.

Bizim.Media xəbər verir ki, Bakıda xəstəxanaların birində dünyaya gələn körpəyə şəhid olan atasının adı verilib.

Körpə bu gün xəstəxanadan evə buraxılıb və şəhidin ailə üzvləri yeni doğulan uşaqla birlikdə yaşadıqları Biləsuvar rayonunun Ağalıkənd kəndinə yola salınıb.

Rayon ictimaiyyətinin nümayəndələri tərəfindən onların təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, körpə Ruslan Qurbanov şəhid Ruslan Qurbanovun ilk övladıdır.

Xatırladaq ki, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanov sentyabrın 27-dən başlayaraq Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO