Ən səbrli BÜRCLƏR – İLK ALTILIQ  

Ən səbrli BÜRCLƏR – İLK ALTILIQ  

Hazırda oxunan: Ən səbrli BÜRCLƏR – İLK ALTILIQ  

78798

Səbr insanların malik ola biləcəyi ən müsbət xüsusiyyətlərdən biridir. Lakin hər kəsin bu özəllikdən nəsibini aldığını söyləyə bilmərik. 

Bizim.Media xəbər verir ki, səbrli olmağın hansı bürc altında doğulmaqla birbaşa əlaqəsi var. 

Ən səbrli bürcləri təqdim edirik: 

Oğlaq 

Oğlaqlar adətən uğurlu liderlər kimi tanınırlar. Onların bu cür olmasının səbəbi isə səbirli və çalışqan olmalarıdır. İşləri yolunda getmədikdə belə oğlaqlar hər zaman səbrlə davranır və bunun nəticəsini görürlər. Lakin oğlaqların səbrləri ilə oynamaq təhlükəlidir. Çünki səbr kasası daşan oğlağın qarşısında dayanmaq qeyri-mümkündür. 

Əqrəb 

Əqrəblər sevdikləri insanlara qarşı xüsusilə səbr nümayiş etdirirlər. Onlar nə baş verməsindən asılı olmayaraq yaxınlarının bütün davranışlarını sakit qarşılayırlar. Hətta ən təhlükəli məqamlarda belə soyuq başla davranırlar. Lakin onların da səbrlərinin sonu heç də həmişə sülhlə bitmir.

Qız 

Səbir deyiləndə ilk ağılagələn insanlardan biri də qız bürcünün nümayəndələridir. Onları ən soyuqqanlı bürclər siyahısında da ilk sıralarda görə bilərik. Qızlar reaktiv deyillər. Hətta başlarına gələn hadisə nə qədər məyusedici olsa belə, qızlar maksimum səbr nümayiş etdirirlər. 

Oxatan 

Oxatanlar danışmağı yaxşı bacardıqları qədər, yaxşı dinləyici olmaları ilə də fərqlənirlər. Bu xüsusiyyətləri onların səbrindən irəli gəlir. Oxatanlar digərlərinin inciməməsi üçün güzəştə getməyi bacarırlar. Onlar bəzən səbrli olduqlarına görə problemlər də yaşayırlar. Lakin onlar səbr göstərməzdən əvvəl, qarşısındakı insanın buna layiq olmasını da dəyərləndirirlər. 

Tərəzi 

Tərəzilər hər zaman məntiqlə hərəkət etməyə çalışırlar.  Hər kəsi və hər şeyi mükəmməl bir tarazlıqda saxlamağı bacaran bu bürcün nümayəndələrinin özlərinin balansı pozula bilərlər. Onlar səbir göstərməkdə də kifayət qədər bacarıqlıdırlar. Sevdiklərinə qarşı çox səbirli və anlayışlı olsalar da, zorakılığa məruz qaldıqlarını anladıqda ciddi reaksiyalar verirlər. 

Balıqlar 

Tamamilə duyğuları ilə hərəkət etdikləri üçün həyatları boyu bir çox problem yaşaya bilən balıqlar, əhəmiyyət verdikləri insanlara qarşı həddindən artıq səbr göstərə bilər. İncik və əsəbi olsalar belə, bunu qarşı tərəfə göstərməyən balıqlar hər kəsi yaxşı niyyətli görməyə və çox səbirli olmağa meyllidirlər. Lakin uzun müddət səbir göstərən bu insanlar bir gün partlayış həddinə gələcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO