"Şəhid ailələri üçün Prezident təqaüdü 500 manata çatdırıldı" - RƏSMİ 

Hazırda oxunan: "Şəhid ailələri üçün Prezident təqaüdü 500 manata çatdırıldı" - RƏSMİ 

78742

Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələri və qazilərin sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair keçirdiyi mətbuat konfransında bildirib.

Müharibə əlilləri üçün 1-ci dərəcə üzrə 165 manatdan 400 manata çatdırılıb,1-ci dərəcə əlilliyi olanlara təqaüd (80 manat) təsis olunub, 2-ci dərəcə üzrə 143 manatdan 350 manata çatdırılıb, 3-cü dərəcə üzrə 110 manatdan 300 manata çatdırılıb. 

Müharibə əlillərinə müavinətə gəldikdə isə, 1-ci dərəcə üzrə 101 manatdan 220 manata çatdırılıb, 2-ci dərəcə üzrə 81 manatdan 180 manata çatdırılıb, 3-cü dərəcə üzrə 73 manatdan 120 manata çatdırılıb. 
Ölkə üzrə orta aylıq pensiya artımı isə 70 faiz olub. 

Postmüharibə dövründə şəhid ailələri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyin olunub. Şəhid ailələri üzvləri 7979 nəfərə 15943 sosial ödəniş, müharibə əlillərindən 2935 nəfərə 5870 sosial ödəniş, müharibə veteranlarından 81 856 nəfərə 81 856 ödəniş təyinatı aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO