"Azəriqaz"dan şikayətləri dinləmək üçün açıq MİKROFON 

Hazırda oxunan: "Azəriqaz"dan şikayətləri dinləmək üçün açıq MİKROFON 

78730

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. 

Bizim.Media xəbər verir ki, növbəti həftə (13-14.06 və 17.06) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin birinci günü saat 12:00-dan 13:00-dək Lerik rayonunun Davradibi kəndində (Züvüc, Qələbin və Veri-Əliabad kəndlərinin sakinləri də qatıla bilər), saat 15:00-dan 16:00-dək Yardımlı rayonunun Çaydüzü kəndində, ikinci günü saat 10:00-dan 11:00-dək Astara rayonunun Vənəşikəş kəndində, saat 13:00-dan 14:00-dək Masallı rayonunun Ninalov kəndində və 5-ci günü isə saat 11:00-dan 12:00-dək İmişli rayonunun  Hacıalmuradlı kəndində baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edib, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO