Şəkidə avtomobil ağaca çırpılıb - Ölən və yaralanan var  

Şəkidə avtomobil ağaca çırpılıb - Ölən və yaralanan var  

Hazırda oxunan: Şəkidə avtomobil ağaca çırpılıb - Ölən və yaralanan var  

78711

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə gecə saat 01 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayon sakini, 1990-cı il təvəllüdlü İbrahim Rəhim oğlu Ağalarovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. 

Qəza zamanı sürücü İ.Ağalarov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, Balakən rayon sakini 1995-ci il təvəllüdlü Günel Bəhram qızı Göyüşova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan İ. Ağalarovun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO