Qayıdışda yeni subartezian quyusu istifadəyə verildi - FOTO

Qayıdışda yeni subartezian quyusu istifadəyə verildi - FOTO

Hazırda oxunan: Qayıdışda yeni subartezian quyusu istifadəyə verildi - FOTO

78698

Füzuli rayonunun Qayıdış məcburi köçkün qəsəbəsində yeni subartezian quyusu istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, 1,2,3,4 və 5-ci Qayıdış qəsəbələrinin içməli su təminatı indiyə qədər Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki subartezian quyusundan aparılırdı. 

Quyu zonasından qəsəbələrə çəkilmiş 273 mm diametrli magistral su kəməri uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü. Buna görə də köçkün qəsəbələrinin su təminatında fasilələr yaranır, eyni zamanda ciddi su itkiləri yaşanırdı.

Qəsəbələrin içməli su təchizatında dayanıqlığı təmin etmək məqsədilə “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb və daha yaxın ərazidə yeni subartezian quyusunun qazılması qərara alınıb. 
“Azərsu” ASC-nin daxili imkanları hesabına qısa müddətdə quyunun qazıntısı başa çatdırılıb, onun elektrik enerjisi ilə təminatı həyata keçirilib. Yeni quyunun məhsuldarlığı və buradan əldə olunan suyun keyfiyyəti 1,2,3,4 və 5-ci Qayıdış qəsəbələrində 967 abonenti dayanıqlı içməli su ilə təmin etməyə imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO