"Bu gün ölkədə yaşayan 16-17 yaşına çatanların 50 faizi heç bir peşə əldə etmir. Nəzərə alsaq ki, hər il ölkədə 150 minə yaxın körpə dünyaya gəlir. Demək ki, 75 minə yaxın şəxsin peşəsi yoxdur".
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Abituriyent 12" jurnalının təqdimatı zamanı çıxışında deyib.
Nazir bildirib ki, bu il ali məktəblərə qəbul proqnozu 50 mindən artıq olacaq (keçən il bu rəqəm 49 minə yaxın olub - "Report").
"Hazırda 60 faizdən çox insan dövlət hesabına təhsil alır. 17 minə yaxın şəhid ailələrinin övladı, köçkün tələbənin təhsil haqqını dövlət ödəyir. Bəzi universitetlərdə 70-75 faiz tələbə məhz subbakalavrdır. Bu da ürəkaçan deyil".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:01 / 10.06.2022
Bu il üçün ali məktəblərə qəbul proqnozu açıqlandı
Hazırda oxunan: Bu il üçün ali məktəblərə qəbul proqnozu açıqlandı
Hazırda oxunan: Bu il üçün ali məktəblərə qəbul proqnozu açıqlandı
78575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.