Gəncədə dam örtüyü dəyişməyən bina qalmayacaq - FOTO

Gəncədə dam örtüyü dəyişməyən bina qalmayacaq - FOTO

Hazırda oxunan: Gəncədə dam örtüyü dəyişməyən bina qalmayacaq - FOTO

78559

İlin sonuna qədər Gəncə şəhərində çoxmənzilli yaşayış binalarının dam örtükləri tamamilə təmir olunacaq.  

Bu barədə məlumatı Bizim.Media-nın yerli bürosuna şəhər icra hakimiyyətindən veriblər.  

Məlumata görə, şəhərdə genişmiqyaslı abadlıq, quruculuq, təmir-bərpa işləri həyata keçirilir.  

Aparılan işlər çərçivəsində Gəncə şəhərində cari ildə təmirə ehtiyacı olan 220 çoxmənzilli yaşayış binasının dam örtükləri yenisi ilə əvəz olunacaq.  

Hazırda şəhərin Adil İsgəndərov, Mikayıl Rəhimov, Vəli Xuluflu küçələrində, Heydər Əliyev prospektində və s. yerlərdə işlər tam yekunlaşıb. Ozan, İsmət Qayıbov, Puşkin, Əli Nəzmi, İsax Cəfərov və digər küçələrdə, həmçinin Atatürk prospektində yerləşən çoxmənzilli yaşayış binalarında dam örtüyünün yenilənməsi işləri sürətlə davam etdirilir.  
Ümumilikdə, bu günədək 120-dən artıq çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənib, 36 binada iş gedir. Digər binalarda təmir-bərpa işləri mərhələli şəkildə davam etdiriləcək.  

Bununla yanaşı, şəhərdəki çoxmənzilli yaşayış binalarının dam örtüklərində, novdanlarında, eyvanlarındakı nasazlıqlar aradan qaldırılır.  

Qeyd edək ki, Gəncə şəhərində ümumilikdə 865 yaşayış binası mövcuddur. Bunlardan 645 binanın dam örtüyü tamamilə yenilənib, 220 binada isə hazırda işlər dam etdirilir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO