Şirvanda çörək bişirmə sexindən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Şirvanda fəaliyyəti dayandırılan çörək bişirmə sexindən oğurluq edilib.
Bildirilir ki, müəssisəyə 13370 manat maddi ziyan vurulub.
Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyev saxlanılıb.
Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:29 / 10.06.2022
Şirvanda çörək sexini qarət edən keçmiş məhkum yaxalandı - FOTO
Hazırda oxunan: Şirvanda çörək sexini qarət edən keçmiş məhkum yaxalandı - FOTO
Hazırda oxunan: Şirvanda çörək sexini qarət edən keçmiş məhkum yaxalandı - FOTO
78542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.