Siyəzəndə bu gecə baş verən yanğında ev sahibəsi və nəvəsi əllərindən yüngül yanıq xəsarətləri alıblar.
Siyəzən icra hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından Bizim.Media-ya verilən məlumata görə, Hökmulla Talıbov küçəsindəki çoxmənzilli binada baş verən yanğın zamanı 65 yaşlı Mədinə və 18 yaşlı Röya Yəhyayevalar yanğını söndürmək istəyərkən yanıq xəsarəti alıblar.
Onlar dərhal Siyəzən Müalicə-Dioqnostika mərkəzinə çatdırılıblar və ilk tibbi yardımdan sonra evə buraxılıblar. Hadisə nəticəsində 1 otaqda internet modemi və bir-iki əşya yanıb.
Yanğının başvermə səbəbi araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:10 / 10.06.2022
İnternet modemini söndürərkən xəsarət aldılar
Hazırda oxunan: İnternet modemini söndürərkən xəsarət aldılar
Hazırda oxunan: İnternet modemini söndürərkən xəsarət aldılar
78539
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.