"WhatsApp”dan gözlənilən YENİLİK - Silinən mesajları...

Hazırda oxunan: "WhatsApp”dan gözlənilən YENİLİK - Silinən mesajları...

78536

"WhatsApp” online mesajlaşma platforması yeni funksiyasını təqdim etməyə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, yeni funksiya ilə artıq qarşı tərəfin sildiyi mesajı yenidən geri qaytarmasını istəmək mümkün olacaq.  

Belə ki, mesajlar silindikdən sonra ekranın aşağı hissəsində 'Mesaj silindi' sözləri ilə bildiriş görünəcək.

Onun yanında isə siz mesajı geri qaytarmağa imkan verən "Geri qaytar” butonunu görə biləcəksiniz. 

Bu funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkün olacaq. Funksiyanın silinən bütün mesajları geri qaytarıb-qaytarmayacağı isə hələlik bilinmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO