Şirvanda dələduzluq edən qadın saxlanılıb.
Bizim.Media xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və onların xeyli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək, onun 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Bildirilir ki, əgər Ü.Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Ülviyyə Balayeva saxlanılana qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:04 / 09.06.2022
Qızıl Aypara Cəmiyyətinin rəsmisi həbs olundu - FOTO
Hazırda oxunan: Qızıl Aypara Cəmiyyətinin rəsmisi həbs olundu - FOTO
Hazırda oxunan: Qızıl Aypara Cəmiyyətinin rəsmisi həbs olundu - FOTO
78457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.