Sabiq üzvün Müsavatdan çıxarılma qərarı ləğv edildi   - şok gəlişmə

Sabiq üzvün Müsavatdan çıxarılma qərarı ləğv edildi - şok gəlişmə

Hazırda oxunan: Sabiq üzvün Müsavatdan çıxarılma qərarı ləğv edildi - şok gəlişmə

78456
Bu gün Müsavat Partiyası Binəqədi rayon təşkilatının iclası keçirilib. Əsas müzakirə olunan məsələ iki həftə öncə təşkilatın özəyinin qərarı ilə partiyadan çıxarılan Vurğun Əyyubla bağlı olub. 
Şura qərara alıb ki, verilən qərar qanunsuz olub. Özəyin protokolu ləğv edilib,seçki orqanları buraxılıb. Özək sədri Sabit Hacıyeva töhmət verilib. 

O, özək sədrliyindən azad olunub. Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə Şura üzvü Şamil Beydulla status paylaşıb.

Moderator.az bildirir ki, Müsavat başqanının müavini Elman Fəttah isə musavat.com-a deyib ki, bu məlumata şübhə ilə yanaşır: "10 nəfər şura üzvü ilə danışmışam. Heç biri iclasda iştirak etməyib. Rayon təşkilat sədrinin də məlumatı yoxdur".

Daha sonra partiya adından rəsmi açıqlama yayıldı və bu qərarın nizamnamə pozuntusu olduğu bəyan edildi. 

Həmin açıqlama əsasında müstəqil məlumat yayınlanıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO