Azərbaycanda 12 mindən artıq Vətən müharibəsi qazisi var

Azərbaycanda 12 mindən artıq Vətən müharibəsi qazisi var

Hazırda oxunan: Azərbaycanda 12 mindən artıq Vətən müharibəsi qazisi var

78449

Azərbaycanda 12721-dən artıq Vətən müharibəsi qazisi və 80 mindən artıq müharibə iştirakçısı var. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, indiyə qədər bu kateqoriyadan olan 17 min şəxslə bilavasitə iş aparılıb və 12188 şəxs özünüməşğulluq proqramlarına cəlb olunub.

Mustafa Abbasbəyli qeyd edib ki, bu il ərzində isə 16700 nəfərin özünüməşğullq proqramına cəlb olunması nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO