Şəmkirdə ağlasığmaz olay - İstirahətə gələn kişiyə sevgililər təcavüz etdi

Şəmkirdə ağlasığmaz olay - İstirahətə gələn kişiyə sevgililər təcavüz etdi

Hazırda oxunan: Şəmkirdə ağlasığmaz olay - İstirahətə gələn kişiyə sevgililər təcavüz etdi

78416

Şəmkir rayonuna istirahətə gələn kişi döyülərək zorlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.  

Araşdırmalar zamanı məlum olub ki, Gədəbəy rayon sakini Orxan Şahbudalov tanışı Həcər Məmmədova ilə tamah məqsədi ilə qabaqcadan əlbir olaraq Şəmkir rayonuna istirahət üçün gəlmiş Ə.Qədirovun mobil telefonunu əlindən alıblar.  

Onlar dəmir parçasından istifadə edərək şəxsə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediblər. 

Araşdırmalar zamanı şübhəli şəxslərin zərərçəkmiş şəxsə müxtəlif bədən xəsarətləri yetirmələri və cinsi zorakılıq göstərmələri də sübuta yetirilib.  

Həmin şəxslərdən Orxan Şahbudalov həbs olunub. Həcər Məmmədova barəsində isə ev dustaqlığı həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO