İraq və Suriyadan Azərbaycana dönən uşaqlar Bakı Zooloji Parkında - FOTO

İraq və Suriyadan Azərbaycana dönən uşaqlar Bakı Zooloji Parkında - FOTO

Hazırda oxunan: İraq və Suriyadan Azərbaycana dönən uşaqlar Bakı Zooloji Parkında - FOTO

78392

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan ölkəmizə qaytarılan uşaqların Bakı Zooloji Parkına ziyarətini təşkil edib. 

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, repatriasiya edilmiş şəxslərin ölkə ərazisində sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirləri çərçivəsində təşkil edilən üç fərqli ekskursiyaya ümumilikdə 20 ailədən 60-a yaxın uşaq cəlb edilib.

Repatriasiya edilmiş uşaqların ictimai inklüziyası, cəmiyyətə inteqrasiya edilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyan və Bakı Zooloji Parkı ilə əməkdaşlıq çərçivəsində təşkil olunan ziyarət zamanı azyaşlılar Zooloji Parkda məskunlaşan fərqli cins, rəng, xüsusiyyət və şəkillərə malik olan heyvanları izləmək, onlar haqqında dolğun məlumat almaq imkanı qazanıblar.

Agentliyin mütəxəssislərinin müşayiəti ilə təşkil edilən səfər uşaqlarda münasibət qurmaq, analiz etmə, problem həll etmə kimi psixoloji və emosional bacarıqların inkişafına hesablanıb. 

Sosial Xidmətlər Agentliyi hazırda uşaqların və onların yaşadıqları ailələrdə olan şəxslərin psixo-sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə səyyar psixoloji yardım və digər müvafiq sosial dəstək tədbirlərini həyata keçirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO