Ən qürurlu BÜRCLƏR – Kimlər heç vaxt prinsiplərindən güzəştə getmir?

Ən qürurlu BÜRCLƏR – Kimlər heç vaxt prinsiplərindən güzəştə getmir?

Hazırda oxunan: Ən qürurlu BÜRCLƏR – Kimlər heç vaxt prinsiplərindən güzəştə getmir?

78320

Bəziləri qürurlu təbiəti ilə digərlərindən seçilir. “İnsan öz qüruru üçün yaşamalı” ideyasını müdafiə edən bu bürclər öz prinsiplərindən heç vaxt güzəştə getmirlər. Bu xüsusiyyət mənəvi cəhətdən təqdir olunsa da, maddi baxımdan faydadan çox zərər yaradır. Ancaq bu bürclər yaşayacaqları maliyyə itkiləri ilə maraqlanmır. 

Bizim.Media ən qürurlu bürcləri təqdim edir:

Qoç

Qoç bürcləri zaman-zaman özlərini cilovlamaq istəsələr də, bu mümkün deyil. Onun səbirsiz və iddialı xarakteri onlara tez-tez problem yaradır. Ona görə də bu impulsiv və birdən-birə alovlanan cəhətinə görə müxtəlif mübahisələrə girirlər. Bu müzakirələr incikliklə bitdiyindən əsas hadisə bundan sonra başlayır. 

Belə ki, qoçlar heç vaxt qürurlarını kənara qoyub, səhvlərini başa düşsələr də, bunu etiraf etmirlər. Mübahisə etdikləri insanla münasibətləri bir daha düzəlməsə belə, onlar üçün qürurları daha önəmlidir. Qoçlar hər zaman ilk addımı qarşı tərəfin atmağını gözləyirlər.

Şir

Əyləncəli və dostyana şirlərin bir qədər təkəbbürlü olmaq kimi mənfi tərəfləri var. Şirlər öz qürurlarından güzəştə getmək istəmirlər. Onlar üçün şərəf məsələsinə çevrilmiş bir işdən geriyə dönüş yoxdur. Onların qeyri-tənqidi aspektlərinin əsasında qürurlarını yaşatmaq motivasiyası dayanır. Davranışlarını iş və ya şəxsi həyat mühitinə görə dəyişənlər deyil.

Eşq həyatlarında inadkar rəftarlarını davam etdirən Şirlər, aşiq olsalar belə, ilk addımı qarşı tərəfdən gözləyirlər. Münasibətlərdə bunu ifadə etməsələr də, onlara görə üzr istəməli olan qarşı tərəfdir, çünki özlərini üstün tərəf hesab edirlər. Buna görə də, onların özləri kimi qürurlu bir bürclə uzunmüddətli münasibət qurmaları mümkün deyil. 

Dolça

Müxalifətçi kimliyi ilə tanıdığımız dolça bürclərinin narazı olduqları zaman susmaq, problemlərə məhəl qoymamaq kimi xarakterləri yoxdur. Səhv gördükləri rəftarlara öz reaksiyalarını səmimiyyətləri ilə bildirirlər. Onları xoşbəxt və dinc olmayan vəziyyətlərdə saxlaya bilməzsiniz. Sözlərini əsirgəməyən səmimi duruşları xüsusilə iş həyatında özünü göstərir.

Dominatlığı rədd etdikləri üçün “hökmdar”larla yaşadıqları gərginlikdə zəif qəbul edilmək istəmirlər və bunu alçaldıcı hesab edirlər. İş yerlərini itirmək bahasına geri çəkilmirlər. İnadkar rəftarları ilə illərlə maddi sıxıntı yaşayacaqlarını bilsələr də, yenə də qürurlarını tapdalamırlar. Yaxın ətrafı onların bu xüsusiyyətlərini bildiyi üçün onlarla ləyaqətinə toxunulmayacaq şəkildə ünsiyyət qururlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO