“Azəriqaz”ın səhvinə görə abonent pul ödəməlidir? - ŞİKAYƏT

“Azəriqaz”ın səhvinə görə abonent pul ödəməlidir? - ŞİKAYƏT

Hazırda oxunan: “Azəriqaz”ın səhvinə görə abonent pul ödəməlidir? - ŞİKAYƏT

78261

Lerik rayonu, Aşağı Aran kəndindən Faiq Əliyev Azəriqaz İB-dən şikayətçidir. Şikayəti də ondan ibarətdir ki, 2019- cu ildə fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi ilə bağlı yerli qaz istismarı idarəsinə rəsmi qaydada müraciət edib. 

Bir müddət sonra qaz istismarı idarəsi Faiq Əliyev üçün yaxın qaz xəttindən mənbəə verib.

Lakin abonent işin icrasından narazı qalıb. Faiq Əliyev deyir ki, 400 manata yaxın pul ödəmişəm:

“Amma mənbə verilərkən və qaz sayğacı quraşdırılarkən mən Sumqayıtda olmuşam. Bundan istifadə edən qaz istismarı idarəsinin işçiləri sayğacı və mənbəyi mənim evimdən 300 metr aralıda quraşdırıb. Mən məsələni biləndən sonra rəis Rüfət Bəbirovun yanında oldum. Dedi ki, “6 aya sayğacın yerini dəyişdirəcəm”. O vaxtdan 3 il keçib. Amma sayğacın yeri dəyişdirilməyib. İndi çətin vəziyyətdə qalmışam. Özüm işlə bağlı çox zaman evdə olmuram. Həyat yoldaşım da yataq xəstəsidir. Hər dəfə dağa qalxıb düşə bilmir. Dəfələrlə Lerik rayon Qaz İstismar idarəsinə sayğacın yerinin dəyişdirilməsiylə bağlı müraciət etmişəm. Lakin, müraciətim cavabsız qalıb”.

Şikayətlə bağlı Bizim.Media Lerik rayon Qaz İİ-nin rəisi Rüfət Bəbirovla əlaqə saxlayıb.

İdarə rəisi bildirib ki, “Qaz sayğacı mövcud layihəyə uyğun quraşdırılıb. Sayğacın uzaq olmasına gəldikdə isə ara məsafə 300 yox, cəmi 157 metrdir. Abonent vaxtında sayğacın yeri ilə razılaşıb. İndi isə uzaq olduğunu iddia edir. Bu vəziyyətdə isə biz heç nə edə bilmərik”.

“Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyevsə problemin sadə və hüququ həll variantını belə izah edib:

“Sayğacın bu və ya digər səbəbdən yerinin dəyişdirilməsi bütün hallarda abonentin vəsaiti hesabına həyata keçirilir. Bunun üçün abunəçi rəsmi qaydada yerli qaz idarəsinə müraciət etməlidir. Eyni zamanda, sayğacın yerinin dəyişdirilməsi üçün müvafiq podaratçı təşkilata pul ödənilməlidir. Yalnız bundan sonra sayğacın yeri dəyişdirilə bilər” 

Belə çıxır ki, səhv kimin olursa olsun, günahkar abonentdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO