Qarabağda ''DOST'' mərkəzləri yaradılacaq

Qarabağda ''DOST'' mərkəzləri yaradılacaq

Hazırda oxunan: Qarabağda ''DOST'' mərkəzləri yaradılacaq

7826

“2021-ci ildə daha iki “DOST” Mərkəzinin açılışı planlaşdırılır. Bunlar Binəqədi və Abşeronda olacaq”. 

Bizim.Media-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, Quba və Bərdə rayonlarında da “DOST” mərkəzlərin açılması üzrə işlərə başlanılacaq.

2025-ci ilə qədər bütün respublikanı əhatə etməklə 31 “DOST” Mərkəzi istifadəyə veriləcək:

“İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun canlanması, sosial xidmət müəssisələrinin bərpası istiqamətində də planlarımız var. Qarabağda “DOST” Mərkəzləri, Sosial reabilitasiya müəssisələrinin açılması planlaşdırılır”,- deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO