Formula 1 trası üzərindəki otellərdə son günlərin QİYMƏTLƏRİ – 10 dəfə qalxıb

Formula 1 trası üzərindəki otellərdə son günlərin QİYMƏTLƏRİ – 10 dəfə qalxıb

Hazırda oxunan: Formula 1 trası üzərindəki otellərdə son günlərin QİYMƏTLƏRİ – 10 dəfə qalxıb

78257

“Formula 1” yarışları dünyada ən böyük auditoriyası olan idman yarışlarından biridir. Bu mənada Azərbaycan Qran Prisini 600 milyon insanın izləyəcəyi gözlənilir. Üstəlik bu azarkeşlərin bir xeyli hissəsi yarışları canlı izləmək üçün paytaxtımıza gəlir. Bu isə turizm sektorunda xüsusi canlanma yaradır. Artıq şəhərimizdəki otellərdə kəskin qiymət artımı müşahidə olunur. 

Bununla bağlı Bizim.Media-ya danışan Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi qiymət artımının əsasən trassanın keçdiyi ərazilərdə qeydə alındığını söylədi. 
 

MÖVZU İLƏ BAĞLI:

Formula 1 trası boyunca mənzillər kirayə verilir – ŞOK QİYMƏTLƏR 


İcraçı direktor bildirdi ki, “Ortalama qiymət artımı 7-10 dəfəyə yaxındır. Beləki, adi günlərdə 200 manata təklif olunan nömrələrin qiyməti yarışın keçirildiyi günlərdə 2000 manatadək yüksəlib.

Bu da normal haldır. Dünyanın hər yeində belədir. Tələb təklifi formalaşdırır. Amma paytaxtın digər ərazilərində otellər əvvəlki qaydada işləyir. Və əsaslı bir qiymət artımı nəzərə çarpmır”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO