Bakı üzrə 20 məktəbin İnkişaf Planı hazırlandı

Bakı üzrə 20 məktəbin İnkişaf Planı hazırlandı

Hazırda oxunan: Bakı üzrə 20 məktəbin İnkişaf Planı hazırlandı

78245

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi tərəfindən 2021-2022-ci tədris ilində 20 məktəbin İnkişaf Planı hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-2022-ci tədris ilinin yekunlarına dair hesabatında qeyd olunub.

Bildirilib ki, İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. 

Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.
Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO