Azərbaycan

Azərbaycan "Siemens" şirkətini məhkəməyə verə bilər – Şirkət dövlətimizə NƏ QƏDƏR borcludur? 

Hazırda oxunan: Azərbaycan "Siemens" şirkətini məhkəməyə verə bilər – Şirkət dövlətimizə NƏ QƏDƏR borcludur? 

78242

Azərbaycanın maddi sərvətlərinin zənginliyi zamanla bir çox  xarici ölkələrdən iş adamlarını buraya qazanc dalınca gətirib ki, onlar da müxtəlif formalarda öz məqsədlərinə nail ola biliblər.

Bizim.Media-nın növbəti araşdırması da 1865-ci ildə Azərbaycana gəlib Gədəbəyin Qalakənd bölgəsndə dövrün müasir standartları ilə “Misəritmə zavodunu” yaradan və Gədəbəyi Avropanın ən böyük metallurgiya mərkəzinə çevirən "Siemens" qardaşları ilə bağlıdır.

1914-cü ildə Zavodu tərk edərək müəmmalı şəkildə Azərbaycandan uzaqlaşan "Siemens" qardaşlarının bu qəfil gedişi hələ də sual doğuran məqamlardan biridir.

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna qoşulan tarixçi professor, millət vəkili Anar İsgəndərov bildirib ki, "Siemens" qardaşlarının Azərbaycanı qəfil tərk etməsinin arxasında əsasən üç məqam dayanır.

1. 1914-cü ildə birinci dünya müharibəsi başladı və müharibəyə qoşulan Rusiyanın ərazisi sayılan Azərbaycanda qalmaq onlar üçün təhlükəli idi. 

2. "Siemens" qardaşları 1914-cü ilə kimi Azərbaycandan özlərinə lazım olan hər şeyi əldə etmişdilər.

3. Gədəbəydə Mis ilə yanaşı qızıl da var idi. Buna görə də "Siemens" qardaşları “Misəritmə zavodu” adı altında əslində oradan tonlarca qızıl çıxarır və onu Azərbaycandan öz ölkələrinə daşıyırdılar. Çar Rusiyasına daha az xərac ödəmək üçün qızılı mis adıyla təqdim edir və gizli şəkildə onu ölkədən çıxarırdılar.

Millət vəkili qeyd edib ki, birinci dünya müharibəsi zamanı faktiki olaraq yollar bağlandı və təcrübəli iş adamları olan "Siemens" qardaşları bunu əvvəlcədən hiss edərək Azərbaycandan uzaqlaşdılar.

“Siemens" qardaşlarının buradan vaxtında  getməsi bir növ onların ağlı və təcrübəsindən doğurdu. Çünki onlar başa düşürdülər ki, birinci dünya müharibəsi dünyanın mövcud sosial-iqtisadi durumunu dəyişəcək. Tarix və həyat da bunu sübut edir ki, zamanında buradan getməklə doğru addım atıblar”. 

Digər tərəfdən isə tarixçi ekspert "Siemens" qardaşlarının həbsinə diqqət çəkib:

“Onların Azərbaycandan gizli yollarla qızıl çıxarması sübuta yetirildiyi təqdirdə, "Siemens" qardaşları mövcud hakim dairələr tərəfindən cinayətə cəlb olunaraq bütün varidatları müsadirə olunacaqdı və müharibədə iştirak edən bir ölkənin büdcəsinə əlavə olaraq milyonların axması o zaman Çar Rusiyasının da karına gələcəkdi. Bu isə "Siemens" qardaşlarının o vaxtadək burada qazandıqlarını itirmək məcburiyyətində qalması demək idi”.
 

İndi artıq müstəqil Azərbaycan dövlətimiz var. "Siemens" qardaşları ilə bağlı bəzi mətləblərin üstünü açmaq olar. Şirkətin Azərbaycan dövləti qarşısındakı məsuliyyəti araşdırmaq mümkündür. 


Mövzunu davam etdirəcəyik. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO