Bakı sakininə qarşı soyğunçuluq edilib, 8330 manat pulu əlindən alınıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə iyunun 2-də M.Rüstəmov küçəsində paytaxt sakini S.Qəhrəmanovun 8330 manat pulunun soyğunçuluq yolu ilə əlindən alınması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:01 / 08.06.2022
Günün günorta çağı soyuldu - 9 minə yaxın pulunu əlindən aldılar
Hazırda oxunan: Günün günorta çağı soyuldu - 9 minə yaxın pulunu əlindən aldılar
Hazırda oxunan: Günün günorta çağı soyuldu - 9 minə yaxın pulunu əlindən aldılar
78219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.