Bərdədə 8 kilometrlik avtomobil yolu təmir olunur

Bərdədə 8 kilometrlik avtomobil yolu təmir olunur

Hazırda oxunan: Bərdədə 8 kilometrlik avtomobil yolu təmir olunur

78210

Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı km-dən ayrılan və uzunluğu 8 km olan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən inşa olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün zəruri yerlərdə müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası və beton küvetlərin tikintisi işləri görülüb.
Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərnə start verilib. Artıq yolun 5 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnoloji ardıcıllıqla apardığı yenidənqurma işləri imkan verir ki, yaxın gələcəkdə yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın, həmçinin vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı daha da inkişaf etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO