Füzulidə qızını bıçaqla qətlə yetirən ata MƏHKƏMƏ QARŞISINDA

Füzulidə qızını bıçaqla qətlə yetirən ata MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Füzulidə qızını bıçaqla qətlə yetirən ata MƏHKƏMƏ QARŞISINDA

78200

Füzulidə qızını qətlə yetirməkdə təqsirləndirilən Ağarəhim Niftəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin martında Füzuli rayon ərazisində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü A.Niftəliyev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı qızı, 1989-cu il təvəllüdlü Ramilə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.

O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

A.Niftəliyeva qarşı Cinayət Məcəlləsinin 120.1.-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO