“Azərişıq” sədri Qəbələdə vətəndaşları qəbul etdi

“Azərişıq” sədri Qəbələdə vətəndaşları qəbul etdi

Hazırda oxunan: “Azərişıq” sədri Qəbələdə vətəndaşları qəbul etdi

78179

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyunun 7-də Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

Bizim.Media xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Şimal-Qərb RETSİ-nin Qəbələ şəhərində yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO