Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinq sökülür.
Bizim.Media xəbər verir ki, artıq sözügedən əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılıb.
MÖVZU İLƏ BAĞLI:
“Sənədsiz gecə saatlarında qanunsuz parklanma yeri düzəldilib” - RƏSMİ
Bundan sonra dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, həmin ünvanda ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən, həmin parkinq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.
Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.
Bizim.Media