"Uşaqların 14 faizi qeyri-rəsmi nikahlardan doğulub" - Ombudsman

Hazırda oxunan: "Uşaqların 14 faizi qeyri-rəsmi nikahlardan doğulub" - Ombudsman

78100

"2020-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulmuş uşaqların sayı doğulan uşaqların ümumi sayının 14 faizini təşkil edib".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qeyri-rəsmi nikahların da sayı az deyildir.

“Belə münasibətlər isə ailə mübahisələrinin yaranmasına, bu cür ailələrdə doğulmuş uşaqların hüquqlarının pozulmasına gətirib çıxara bilər. Qeyd olunan göstərici öz növbəsində risk altında olan uşaqların sayından xəbər verir ki, bu da narahatlıq doğurmaya bilməz.

Ombudsman Trend-ə açıqlamasında deyib ki, ailə mübahisələrində tərəflərin qarşılaşdıqları və həll edilməli olan əsas məsələlərdən biri də aliment ödənişləri ilə bağlıdır:

 

"Bəzən alimenti ödəməli olan tərəf bu ödənişin təyinatını başa düşmək istəmir və qarşı tərəfə olan neqativ münasibəti, şəxsi prinsipləri səbəbindən ödənişlərin aparılmasından yayınır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO