Bakıda sevgilisinə görə özünü yandıran qız vəfat edib.
Bizim.Media xəbər verir ki, iyunun 5-nə keçən gecə Səbail Rayon Polis İdarəsinin Bayılda yerləşən 8-ci Polis Bölməsinin yaxınlığında üzərinə benzin tökərək özünə od vuran 1990-cı il təvəllüdlü Ə.Əliyeva (şərti) Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.
MÖVZU İLƏ BAĞLI:
Sevgilisinə görə özünü polis bölməsinin önündə yandırdı – BAKIDA İNSİDENT
Hadisə baş verdiyi zaman polis əməkdaşları müdaxilə edərək alovu söndürüblər. Sonra isə Ə.Əliyeva təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, iyunun 4-də axşam saatlarında Ə.Əliyevanın qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Ə.Quliyev (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb.
Bayıl qəsəbəsində Ə.Quliyevin sevgilisi ilə münaqişə yaradaraq ictimai yerdə asayişi pozduğunu görən polis əməkdaşları onu saxlayaraq 8-ci Polis Bölməsinə gətiriblər.
Burada Ə.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və o, iyunun 5-də məhkəməyə göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media