Dünya əhalisinin üçdə biri internetdən istifadə etmir

Dünya əhalisinin üçdə biri internetdən istifadə etmir

Hazırda oxunan: Dünya əhalisinin üçdə biri internetdən istifadə etmir

78022

Dünya əhalisinin təxminən üçdə biri internetdən istifadə etmir, bu, əsasən rabitə xidmətlərinin və rəqəmsal elektron cihazların yüksək qiyməti ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatında deyilir.

Qeyd olunur ki, hazırda dünya əhalisinin yalnız 5%-nin hələ də genişzolaqlı mobil siqnala fiziki çıxışı yoxdur.

"Nəzəri cəhətdən internetə qoşula bilən genişzolaqlı əhatə dairəsinə malik olanların 32%-i qeyri-adi dərəcədə yüksək telekommunikasiya tarifləri, elektron cihazlara çıxışın olmaması və ya məlumatlılığın, bacarıqların və ya faydalı məzmun tapmaq bacarığının olmaması səbəbindən internetdən istifadə etmir", - hesabatda vurğulanır.

Sənədə əsasən, bəşəriyyətin geniş təbəqələrinin internetin təqdim etdiyi imkanlardan məhrum etmək iqtisadi inkişafa mane olur və bərabərsizliyi gücləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO