“Azəriqaz” rəsmisi vətəndaşların problemini dinlədi - FOTO

“Azəriqaz” rəsmisi vətəndaşların problemini dinlədi - FOTO

Hazırda oxunan: “Azəriqaz” rəsmisi vətəndaşların problemini dinlədi - FOTO

78004

““Azəriqaz” İstehsalat Birliyi olaraq biz yerlərdə abonentlərlə mütəmadi görüşlər keçiririk. Sahibkarlar da diqqətdən kənarda qalmır. İndiyədək təşkil olunan 80 görüşün məhz 36-da onların qaz təchizatına dair problemləri dinlənilib. Bu gün də sizdən xahiş edirəm ki, qaz təsərrüfatı ilə bağlı üzləşdiyiniz çətinlikləri rahat şəkildə bildirin”.

“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya verilən məlumata görə, bu sözləri Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Ağsuda vətəndaşlarla keçirilən görüş zamanı bildirib.

“Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə 20 nəfər sakinin problem və təklifi dinlənilib.

Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, küçə qaz xəttinin çəkilişi, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi ilə bağlı olub. Baş direktorun müavini daxil olan bəzi müraciətlərin icrası ilə bağlı yerindəcə tapşırıq verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO