Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Bünyadov küçəsi v3, mənzil 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kozlovskaya Nina Yevgenyevnaya məxsus süd məhsullarının istehsalı müəssisəsində apardığı planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi məlum olub.
AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmur, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılması eyni sahədə həyata keçirilir.
Həmçinin istehsal olunan qatıq və dovğa məhsullarının tərkibi ilə etiketlənməsində uyğunsuzluqlar, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan məhsullar və digər nöqsanlar aşkar edilib.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
Müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Bizim.Media
![Bakıda süd məhsullarının istehsalı müəssisəsi bağlandı - Nöqsanlar aşkar edildi... Bakıda süd məhsullarının istehsalı müəssisəsi bağlandı - Nöqsanlar aşkar edildi...](https://bizim.media/file/articles/2022/06/06/1654521617_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:19 / 06.06.2022
Bakıda süd məhsullarının istehsalı müəssisəsi bağlandı - Nöqsanlar aşkar edildi...
Hazırda oxunan: Bakıda süd məhsullarının istehsalı müəssisəsi bağlandı - Nöqsanlar aşkar edildi...
Hazırda oxunan: Bakıda süd məhsullarının istehsalı müəssisəsi bağlandı - Nöqsanlar aşkar edildi...
77957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12