Azərbaycanda sabiq kollec əməkdaşına elektron qolbaq taxıldı - 2 il 6 ay 24 gün...

Azərbaycanda sabiq kollec əməkdaşına elektron qolbaq taxıldı - 2 il 6 ay 24 gün...

Hazırda oxunan: Azərbaycanda sabiq kollec əməkdaşına elektron qolbaq taxıldı - 2 il 6 ay 24 gün...

77956

Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin sabiq laborotoriya müdiri Səadət Əliyevaya hökm oxunub və o, 2 il 6 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə qərar Sumqayıt Apellyasiya Məhkəməsində elan olunub. 

Hökmə əsasən, S.Əliyeva barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və təqsirləndirilən şəxs azadlığa buraxılıb. 

Qeyd edək ki, S.Əliyeva tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir neçə zərərçəkmişə həmin vaxt laborotoriya müdiri işlədiyi Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində işə düzəlməsində köməklik göstərəcəyini vəd edib. Lakin sonradan verdiyi vədə əməl etməyib. 

O, 8 zərərçəkmişin ümumilikdə 49 450 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO