21 yaşlı Tərtər sakinini öldürən şəxs məhkəmə qarşısında

21 yaşlı Tərtər sakinini öldürən şəxs məhkəmə qarşısında

Hazırda oxunan: 21 yaşlı Tərtər sakinini öldürən şəxs məhkəmə qarşısında

77940

23 fevral 2022-ci il tarixdə Tərtər rayon sakini 2001-ci il təvəllüdlü Elgün Qurbanlının qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Bizim.Media-ya Tərtər rayon prokurorluğundan məlumat verilib.

Aparılmış istintaqla Tərtər rayon sakini, 2004-cü il təvəllüdlü İlkin Nəzərovun əyani olaraq tanımadığı Elgün Qurbanlı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla ona xəsarətlər yetirərək, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İlkin Nəzərov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO