Uşaqlara işgəncə verilən “Sevgi evi” BAĞLANDI 

Uşaqlara işgəncə verilən “Sevgi evi” BAĞLANDI 

Hazırda oxunan: Uşaqlara işgəncə verilən “Sevgi evi” BAĞLANDI 

77912

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” qadın və uşaq sığınacağı müvəqqəti olaraq bağlanıb. 

Bizim.Media xəbər verir ki, qalmaqalı olayla gündəmə gələn sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına təhvil verilib. 

“Uşaqların hər biri valideynlərinə təhvil verilib, araşdırma gedir. Araşdırma bitdikdən sonra 1 həftə ərzində azyaşlıların sığınacağa qaytarılması nəzərdə tutulur”, - sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Komitəsindən sığınacaqda uşaqlara xəsarət yetirilməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Modern.az bildirir ki, onun sözlərinə görə, sığınacaqda uşaqların saçlarının kəsilərək, spirt tökülməsi iddiaları yanlışdır və deyilənlər öz təsdiqini tapmayıb.  

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10 may 2022-ci il tarixində keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Hadisənin baş verdiyi “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO