Toyda musiqi sifarişinə görə ər-arvadı bıçaqlayan şəxs tutuldu – DİN

Toyda musiqi sifarişinə görə ər-arvadı bıçaqlayan şəxs tutuldu – DİN

Hazırda oxunan: Toyda musiqi sifarişinə görə ər-arvadı bıçaqlayan şəxs tutuldu – DİN

77855

Gəncədə 3 nəfərə bıçaq xəsarətləri yetirən şəxs saxlanılıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov verib.  

Onun sözlərinə görə, iyun ayının 5-də Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlını kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.  

“Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb. İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində toy mərasimində iştirak edən zaman musiqi sifarişinə görə, N.Məmmədov ilə mübahisə edib, ona bıçaqla xəsarət yetirən zaman mane olmağa çalışan bacı və onun həyat yoldaşına (R.Həsənzadənin) da müxtəlif xəsarət yetirib” - deyə E.Qasımov əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO