Qubada ötən gecə baş verən qətl hadisəsinin YENİ TƏFƏRRÜATLARI 

Qubada ötən gecə baş verən qətl hadisəsinin YENİ TƏFƏRRÜATLARI 

Hazırda oxunan: Qubada ötən gecə baş verən qətl hadisəsinin YENİ TƏFƏRRÜATLARI 

77673

Ötən gecə Qubanın Çartəpə kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub. 

Bizim.Media-nın rayonun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. 

Çartəpə kənd sakinlərindən öyrəndiyimiz məlumata görə, gecə saatlarında mərhum Eldar Hacıyev idarə etdiyi “Jiquli” markalı avtomobillə Baxışovlara qonaq gəlib. Aralarında yaranmış mübahisə zamanı ev sahibi Kərim Baxışov evində olan Eldar Hacıyevi bıçaqlayaraq öldürüb. 

Bildirilib ki, Kərim Baxışovun oğlu bir müddət öncə anasının işlədiyi Quba telekommunikasiya qovşağının ATS-dən oğuluq edib. Hazırda həmin iş də hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. 
Ata Kərim Baxışovun rayon sakinini öldürməsinə gəlincə isə, bütün təfərrüatlar Quba rayon prokurorluğunda başlanılmış cinayət işinin istintaqı zamanı tam məlum olacaq.

Kərim Baxışov tutularaq istintaqa təhvil verilib. 

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO