Ötən il meyiti tapılan iş adamı

Ötən il meyiti tapılan iş adamı "dirildi"

Hazırda oxunan: Ötən il meyiti tapılan iş adamı "dirildi"

77642

2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində avtomobilini yandırıb özünü ölmüş kimi qələmə verən Sarvan kənd sakini Rafət Qəniyev tutulub.  

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb. 

Qeyd edək ki, həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO