Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi

Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi

Hazırda oxunan: Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi

77640

İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. 

MN-dən Bizim.Media-ya verilən məlumata görə, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak edib.

Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. 
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.

General-polkovnik Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO