Qubada vətəndaşlarla səyyar qəbul keçirildi - FOTO

Qubada vətəndaşlarla səyyar qəbul keçirildi - FOTO

Hazırda oxunan: Qubada vətəndaşlarla səyyar qəbul keçirildi - FOTO

77599

Quba rayonun Alekseyevka kəndinin sakinləri yaşayış məntəqəsində içməli su, suvarma suyundan əziyyət çəkirlər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sakinlər bu narahatçılıqlarını kənd məktəbində onların görüşünə gələn rayon rəhbərinin diqqətinə çatdırıblar. 

Səyyar qəbulda rayonun icra başçısı Ziyəddin Əliyevlə birgə DTX-nin rayon şöbəsinin rəisi, digər hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı idarə və müəssisələrin rəsmiləri də iştirak ediblər.
Alekseyevkalılar qəbulda kəndin ərazisində elrktrik xətlərinin qəzalı və köhnə olmasından da danışıblar.

Rayon rəhbəri qaldırılan problemlərin həlli üçün yerindəcə aidiyyatı qurum rəhbərlərinə tapşırıqlar verib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO