75 ilə Azərbaycanda siqaret çəkən qalmayacaq – İki SƏBƏB

75 ilə Azərbaycanda siqaret çəkən qalmayacaq – İki SƏBƏB

Hazırda oxunan: 75 ilə Azərbaycanda siqaret çəkən qalmayacaq – İki SƏBƏB

77565

Azərbaycanda bir neçə gündür ki, siqaretlərin qiymətində yenidən artım qeydə alınıb. Əksər satış məntəqələrində siqaretlərin bir qutusunun qiyməti 10 qəpik artırılıb. Səbəb isə firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirilib.

İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, siqaretin qiymət artımı gözlənilən idi. O, Bizim.Media-ya açıqlamasında siqaret çəkənlərin sayında isə düşüşün olduğunu bildirib:

“Aprel ayından başlayaraq Nazirlər Kabinetinin siqaretlər üzrə aksiz dərəcəsinin 8% artırılması ilə bağlı verdiyi qərardan sonra onun qiymətlərində artımı müşahidə edə bilirik. Bu artım həm də qlobal inflyasiyadan və təchizat məsələlərindən qaynaqlanır. Belə ki, firmaların lazım olan təchizatın həyata keçirilməsi ilə bağlı yaşadığı problemlər və fasilələrin yaranması bilavasitə hazırki vəziyyətə təsir göstərir. Lakin aksiz dərəcəsinin artırılması bütün dünyada müşahidə edilən haldır amma səbəblər müxtəlifdir. Nisbətən sevindirici hal kimi deyə bilərik ki, say baxımından siqaret çəkənlərin sayı 2021-ci ildə nisbətən azalıb.
 

Belə ki, 2020-ci ildə əhalinin 15,3 faizi siqaret çəkdiyi halda 2021-ci ildə bu rəqəm 15,1 faizə düşüb. Əgər bu azalma illik 0,2 faiz azalma üzrə davam edərsə və ya azalma illər üzrə eynilik təşkil edərsə, təxmini riyazi hesablamalarla 75 ilə siqaret çəkənlərin sayı 0-a yaxınlaşar."


Həmçinin iqtisadçı ekspert digər məhsulların da qiymətində baş verə biləcək artımın gözlənildiyini deyib:

“O ki, qaldı digər məhsulların qiymətinin bahalaşması məsələsinə düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi bitənə qədər bu bahalaşma davam edəcək. Lakin əhalinin ərzaq tələbatının ödənilməsində bir nömrəli rol oynayan, strateji əhəmiyyət daşıyan un və un məhsullarının qiymətinin artması gözlənilmir. Çünki hökümət tərəfindən buna çox ciddi dəstək göstərilir və subsidiyalar artırılır”, - deyə E.Əmirov qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO