Türkiyə məktəblərində Azərbaycan dili tədris oluna bilər

Türkiyə məktəblərində Azərbaycan dili tədris oluna bilər

Hazırda oxunan: Türkiyə məktəblərində Azərbaycan dili tədris oluna bilər

77491

Türkiyə məktəblərində Azərbaycan dili tədris oluna bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə hökümətindən bildiriblər. 

“Türkiyənin bəzi məktəblərində Azərbaycan dilinin könüllü tədrisi istisna edilmir”, - deyə Türkiyə hökümətindən məlumat verilib. 

Qeyd olunub ki, Azərbaycan və Türkiyə vətəndaşlarının ünsiyyət problemi olmasa da, məktəblərdə dilin tədrisi toplumların bir-birinə daha yaxından inteqrasiyası üçün olduqca vacibdir.

“İstanbulun bəzi məktəblərində Azərbaycan dili tədris olunur ki, bu da həm valideynlər, həm də şagirdlər tərəfindən olduqca yüksək qiymətləndirilir. Azərbaycan dilinin könüllü tədrisi üçün ilkin mərhələdə pilot məktəblər seçiləcək” - deyə bildirilib. 
Hökumətdən “TurkicWorld”a bildirilib ki, Türkiyədə Azərbaycan dilinin tədrisi üçün iki ölkənin aidiyyəti qurumları arasında danışıqların başlanması gözlənilir. 

“Türkiyə məktəblərində Azərbaycan dili ilə yanaşı, özbək, qazax, türkmən və qırğız dilinin də tədrisi mümkün olacaq”, - deyə Türkiyə hökumətindən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO