Dövlət Proqramı iştirakçılarının bu xərcləri qarşılanacaq

Dövlət Proqramı iştirakçılarının bu xərcləri qarşılanacaq

Hazırda oxunan: Dövlət Proqramı iştirakçılarının bu xərcləri qarşılanacaq

77490

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirilən Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin seçimi Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qayda”sında əksini tapıb. 

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Təhsil Nazirliyi və proqram iştirakçısı arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Proqram iştirakçılarının xərclərinin nələrdən ibarət olduğu məlum olub. 
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi onların aşağıdakı xərclərini əhatə edir: 

-təhsil xərcləri; 

-viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;

-aylıq yaşayış xərcləri; 

-tibbi sığorta xərcləri; 

-beynəlxalq nəqliyyat xərcləri; 

-bank və plastik kart xərcləri. 

Proqram iştirakçılarının ailə üzvlərinin və digər qohumlarının xərclərinin maliyyələşdirilməsi həyata keçirilməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO