“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasının tərkibi yeni qaydada müəyyənləşəcək.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilir ki, qurum bununla bağlı “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasının yaradılması barədə” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçılarının birinci müavinləri və ya müavinləri Komissiyanın üzvləri olacaq.
Bizim.Media